`Prezidentlərin görüşü hələlik dəqiqləşməyib` - Nalbandyan
20:39 09 Avqust 2017
"Ermənistan və Azərbaycan prezidentlərinin görüşü barədə hələlik konkret məlumat yoxdur".
Femida.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, xarici işlər nazirlərinin görüşü sentyabrın ikinci yarısında Nyu-Yorkda keçiriləcək. O əlavə edib ki, görüşün gündəliyində duran əsas məsələ Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesinin irəli aparılması üçün şəraitin yaradılmasıdır.
Femida.az
Oxunub: 891